Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer dəhşətli xizək qəzasından 12 il sonra əlil arabasından istifadə edə bilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Sun” qəzeti mənbələrinə istinadla məlumat yayıb.
2013-cü ildə Alp dağlarında tətildə olarkən baş nahiyəsindən aldığı ağır zədədən sonra 57 yaşlı Şumaxerin səhhəti barədə demək olar, heç bir informasiya verilməyib və o, qəzadan bəri ictimaiyyət arasında görünməyib. Onun 2024-cü ildə qızının toyunda iştirak edəcəyi barədə şayiələr yayılsa da, bunlar yalan çıxıb.
İndi isə mediaya bildirilib ki, yeddiqat dünya çempionu Malyorkadakı malikanəsində gəzmək üçün əlil arabasından istifadə etməyə başlayıb.
Ötən il ailənin üç keçmiş işçisi onu hazırkı vəziyyətində təsvir edən yüzlərlə fotoşəkili dərc etməklə hədələməkdə təqsirli bilinmişdi.
Bir müddət əvvəl Mixael Şumaxerin saatı hərracda təxminən 3,5 milyon avroya satılmışdı.