Ayna saytına istinadən Icma.az xəbər verir.
“Hamiltonun son tənqidləri komandanın daxili tarazlığına və Vasseurun liderliyinə təzyiq göstərir"
Monzada keçirilən İtaliya Qran Prisindən sonra yarışın əvvəlində toqquşduqdan sonra “Ferrari” pilotları Luis Hamilton və Çarlz Leklerk arasında gərginlik artıb. AYNA.AZ xəbər verir ki, bu barədə “La Gazzetta Ferrari” qəzetinin “X” sosial media hesabında məlumat paylaşılıb.
Məlumatda deyilir: "Monzadan sonra Luis Hamilton və Çarlz Leklerk arasında gərginlik artıb və hər ikisinin startda toqquşma ilə bağlı fərqli fikirləri olub. Vasseur vəziyyəti sürücülərlə müzakirə edib, halbuki hər ikisi əvvəllər onun rəhbərliyini açıq şəkildə dəstəkləyib. Lakin Hamiltonun son tənqidləri komandanın daxili tarazlığına və Vasseurun liderliyinə təzyiq göstərir".
Xatırladaq ki, üçüncü yerdə start götürən Çarlz Leklerk 1-ci döngədə Luis Hamiltondan mövqeyini sərt şəkildə müdafiə edərək komanda yoldaşını çınqıllı yola məcbur edib. Hamilton 10-cu yerə düşüb. Üçüncü dövrədə Leklerk Parabolikada qəzaya uğrayıb və yarışdan kənarlaşdırılıb. Britaniyalı altıncı yeri tutub.
Yarışdan sonra Hamilton komanda yoldaşının performansından narazılığını bildirib. Komanda rəhbəri Frederik Vasser ilk döngənin nəticəsinin "komanda üçün pis" olduğunu və komanda sifarişlərinin tətbiqinə imkan verdiyini qeyd edib.
Keçmiş Formula 1 pilotu, hazırda isə ekspert və analitik Ralf Şumaxer “Ferrari” pilotları Luis Hamilton və Çarlz Lekleri tənqid edərək onları birlik çatışmazlığında günahlandırıb.
"Hazırda “Ferrari”də ən böyük problem pilotlar arasında birliyin olmamasıdır. Bəzən Luisin müsahibələrinə və onların trasda və komandanın trasdan kənarda necə davranmalarına baxsanız, təəccüblü deyil: onlar vahid komanda deyillər. Onlar bir-biri ilə vuruşurlar, radioda bir-birini təhqir edirlər və yarışdan sonra qarşılıqlı ittihamlar olur", - deyə “Sky Sports” Şumaxerin sözlərini sitat gətirir.