“Formula 1” i izləmək üçün 14 mindən çox əcnəbi turist Bakıya gəlib

23.09.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı Bakıya gələn əcnəbi turistlərin sayı bu rəqəmdən bir qədər çoxdur.

Bu isə onu deməyə əsas verir ki, “Formula 1”-lə əlaqədar Azərbaycana gələn turistlərin sayı rekord göstəriciyə çatıb.

O da bildirilib ki, turistlər 100-dən çox ölkədən gəlib.

Rəsmi statistikaya görə, ötən il Qran Pris iştirakçıların 80%-dən çoxunu turistlər təşkil edib.

Orta hesabla, yarış üçün Azərbaycana üz tutan hər bir turistin 2200 ABŞ dollarından çox vəsait xərclədiyi qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью