Formula 1 in qalibi bəlli oldu

12.04.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi olub.

Modern.az xəbər verir ki, Yarış Saxır avtodromunda keçirilib.

İkinci yeri “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel tutub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü olan moneqasklı Şarl Lekler tamamlayıb. İkinci təsnifat sessiyası zamanı “Haas” komandasının fransalı pilotu Esteban Okon qəzaya düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью