“Formula 1” in saundtreki 2026 cı ildə “Qremmi” mükafatını qazanıb

03.02.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hollivudun çəkdiyi “Formula 1” filminin saundtreki 2026-cı ilin “Qremmi” mükafatını qazanıb.

İdman.Biz “Motorsport”a istinadla xəbər verir ki, Kris Steplton “Bad As I Used To Be” mahnısına görə “Ən yaxşı solo kantri ifa”sı nominasiyasının qalibi olub.

2025-ci ilin iyun ayından bəri dünya miqyasında 630 milyon dollardan çox gəlir əldə edən film üç nominasiyada “Qremmi” mükafatına namizəd olub. Saundtrekin albomu olan “F1 The Album” da “Ən yaxşı orijinal musiqi” nominasiyasında namizəd göstərilsə də, “Sinners” albomuna uduzub.

Teyt Makreyin “Just Keep Watching” mahnısı “Ən yaxşı pop rəqs yazısı” nominasiyasında namizəd göstərilsə də, Ledi Qaqanın “Abrakadabra” kompozisiyası qalib gəlib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью