Formula 1: “McLaren” 1998ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunun qalibi olub AZƏRTAC

08.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 dekabr, AZƏRTAC

Britaniyanın “McLaren” komandası 2024-cü il mövsümü üçün Formula 1 sinfi üzrə Dünya Konstruktorlar Kubokunun qalibi olub.

AZƏRTAC xəbər verir ki, “McLaren”in britaniyalı pilotu Lando Norris Əbu-Dabidə keçirilən final, 24-cü mərhələ yarışında qalib gəlib. “Ferrari”nin pilotları ispaniyalı Karlos Sayns və moneqasklı Çarlz Lekler müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. Lakin bu, İtaliya komandasına komanda hesabında “McLaren”ə çatmağa kömək etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью