Formula 1 : McLaren vaxtından əvvəl Mühəndislər Kubokunu qazana bilər

04.10.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"McLaren"in "Formula-1" komandası 2025-ci il mövsümündə Mühəndislər Kubokunu vaxtından əvvəl qazana bilər.

Oxu.Az xəbər verir ki, bu, sabah baş tutacaq Sinqapur Qran-prisi nəticəsində mümkündür.

Britaniya kollektivinin kuboku ardıcıl ikinci dəfə qazanması üçün komandanın pilotları Oskar Piastri və Lando Norrisin əsas yarışda 13 xal toplamaları kifayətdir - bu uğur komandanın tarixində 10-cu olacaq (daha çox yalnız "Ferrari" qazanıb - 16 dəfə).

17 mərhələdən sonra "McLaren"in 623 xalı var. İkinci yerdə olan "Mercedes" 290 xal, üçüncü olan "Ferrari" isə 286 xala sahibdir. "Red Bull" 272 xalla dördüncü yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью