Formula 1 Meksika Qran prisi ilə müqavilə müddətini uzadıb

01.05.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Formula 1" Meksika Qran-prisi ilə müqavilə müddətini 2028-ci ilə qədər uzadıb.

Avtosfer.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə baş direktor Stefano Domenikali açıqlayıb.

Qeyd edək ki, Meksika Qran-prisi 2015-ci ildə təqvimə qayıdıb. Bundan əvvəl, 1992-ci ilə qədər hazırkı trasda yarışlar keçirilirdi. Əvvəlki müqavilənin müddəti 2025-ci ilin sonuna qədər idi.

Qeyd edək ki, Meksika Qran-prisi bu il oktyabrın 24-dən 26-na qədər keçiriləcək. Bakıdakı mərhələ isə 19-21 sentyabrda təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью