Formula 1 mövsümünün finalı Əbu Dabidən İmolaya köçürülə bilər

07.09.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Formula-1 üzrə 2026-cı il dünya çempionatının sonuncu mərhələsinin Əbu-Dabi əvəzinə İtaliyada keçirilməsi planlaşdırılır.

İdman.Biz “Autohebdo”ya istinadən xəbər verir ki, çempionat rəhbərliyi Əbu-Dabi Qran-prisinin əvəzi kimi İmola trasını seçib. Yarışın dekabrın 4-dən 6-dək əvvəlcədən nəzərdə tutulan tarixlərdə keçirilməsi gözlənilir. Qərar hələ rəsmi şəkildə açıqlanmayıb.

Mümkün dəyişiklik Yaxın Şərqdəki qeyri-sabitlik və bununla bağlı yaranan geosiyasi risklərlə əlaqələndirilir. Məlumata əsasən, Formula 1 rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FIA) mövsümün final mərhələsinin Əbu-Dabidə keçirilməsini riskə atmamaq qərarına gəlib.

Noyabrın 29-na planlaşdırılan Qətər Qran-prisinin də ləğv ediləcəyi, lakin onun əvəzinə başqa yarışın keçirilməyəcəyi bildirilir. Bu halda 2026-cı il mövsümü əvvəlcədən nəzərdə tutulan 24 mərhələ əvəzinə 22 yarışdan ibarət olacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью