“Formula 1” öncəsi yollarda hərəkət dəyişikliklərinə başlandı VİDEO

13.09.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının əsas yollarının birində  hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, 24-26 sentyabr tarixlərində Bakıda keçiriləcək Formula 1 Qran Prisi ilə əlaqədar olaraq artıq bəzi yollarda hərəkətin təşkilində dəyişikliklərə başlanılıb. Belə ki, Neftçilər prospekti ilə Niyazi küçəsinin birləşməsində olan dairəyə giriş müvəqqəti olaraq ləğv edilib. 

Nəqliyyatın hərəkətində ləngimələrin və sıxlığın qarşısının alınması, fasiləsiz hərəkətin təşkili məqsədilə Yol Patrul Xidmətinin əməkdaşları ərazidə gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью