Formula 1: “Oracle Red Bull Racing” yeni pilotunu elan edib AZƏRTAC

19.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 19 dekabr, AZƏRTAC

Formula 1 yarışının iştirakçısı “Oracle Red Bull Racing” komandası yolları ayırdığı meksikalı pilot Serxio Peresin yerinə yeni zelandiyalı Liam Louson ilə razılaşdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "Oracle Red Bull Racing"in X sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

Liam Louson bununla bağlı açıqlamasında bildirib: "Oracle Red Bull Racing"in pilotu elan olunmaq mənim üçün ömür boyu davam edəcək bir xəyaldır".

Beləliklə Liam Louson 2025-ci ildəki yarışda "Oracle Red Bull Racing"in heyətində dördqat dünya çempionu Maks Ferstappen ilə birlikdə mübarizə aparacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью