Formula 1 : Piastri Qətər Qran prisində sprintdə birinci olub

29.11.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Avstraliyalı pilot, "McLaren" komandasının üzvü Oskar Piastri 2025-ci il "Formula-1" dünya çempionatının 23-cü mərhələsi – Qətər Qran-prisinin sprint yarışında qalib gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Lusaildə keçirilən yarışda ikinci yeri "Mercedes" komandasından britaniyalı Corc Rassell tutub. Üçüncü pillədə isə Piastrinin komanda yoldaşı, britaniyalı Lando Norris qərarlaşıb.

Şənbə günü əsas yarış üçün təsnifat mərhələsi keçiriləcək. Mərhələ bazar günü baş tutacaq yarışla yekunlaşacaq, start Bakı vaxtı ilə saat 20:00-da nəzərdə tutulub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью