Formula 1 pilotlarının söyüşə görə cəzaları azaldıldı

15.05.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Formula-1" və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) himayəsi altında digər yarışların pilotları üçün ədəbsiz sözlərə görə cəzalar iki dəfə azaldılıb.

Bu barədə Oxu.Az FIA-nın saytına istinadla xəbər verir.

Pilotlar üçün söyüş söyməyə görə cərimənin maksimal məbləği 10 min avro (təxminən 19 min manat - red.) əvəzinə beş min avro (təxminən 9500 manat - red.) olacaq.

Stüardların müəyyən növ pozuntulara görə cəzaları tamamilə ləğv etmək imkanı olacaq, bir şərtlə ki, bu, pilot və ya komanda tərəfindən ilk pozuntudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью