Formula 1 pilotu üçün xüsusi avtomobil hazırlandı

01.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Mansory" tüninq atelyesi "Formula-1" pilotu, "Haas" komandasının üzvü Esteban Okon üçün "Lamborghini Revuelto"nun xüsusi versiyasını hazırlayıb.

Oxu.Az xəbər verir ki, bu layihənin unikal olduğu bildirilib.

Avtomobil "Mansory"nin ötən ilin dekabrında hibrid superkarların modifikasiyası üçün elan etdiyi "Initiate" proqramı çərçivəsində yenilənib.

Proqrama əsasən, standart kuzov hissələrinin əksəriyyəti karbon lifli materiallarla əvəz olunur və avtomobilə aqressiv üslub əlavə edilir.

Yenilənmə çərçivəsində "Revuelto"nun 6.5 litrlik V12 mühərrikinin hasilatı 825 at gücündən 880 at gücünə qədər artırılıb ki, bu da kupenin 0-100 km/saat sürətlənməsini 0.1 saniyə yaxşılaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью