Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Formula-1” rəhbərliyi Yaxın Şərqdə davam edən hərbi əməliyyatlara baxmayaraq, Qətər və Əbu-Dabi Qran-prilərini keçirmək niyyətindədir.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, təşkilatçılar hazırda bu mərhələlərin ləğvini planlaşdırmırlar.
Məlumata görə, “Formula-1” nümayəndələri region ölkələrinin hakimiyyət orqanları ilə daimi əlaqə saxlayırlar.
Qeyd edək ki, Qətər Qran-prisi noyabrın 29-na, Əbu-Dabi mərhələsi isə dekabrın 6-na təyin olunub. Bu yarışlarla 2026-cı il mövsümünün başa çatması nəzərdə tutulur.
Bununla belə, Yaxın Şərqdəki münaqişə səbəbindən hər iki mərhələnin keçirilməsi ilə bağlı qeyri-müəyyənlik qalır. Mövsümün finalı üçün ehtiyat variant kimi İmola trası nəzərdən keçirilir. Bu barədə qərarın noyabrın ortalarınadək açıqlana biləcəyi bildirilir.