Formula 1 See Breeze dəki süni adada keçiriləcək

16.05.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Formula 1"in Azərbaycan mərhələsi "See Breeze" kurortunun bir hissəsi kimi yaradılacaq od şəklində süni adaya köçürülə bilər. 

"Unikal" xəbər verir ki, bunu azərbaycanlı iş adamı Emin Ağalarov "Rusiya - İslam Dünyası: Kazanforum 2025" Beynəlxalq İqtisadi Forumunda Rusiya Baş nazirinin müavini Marat Xusnullinə layihənin təqdimatı zamanı deyib.

Ağalarov qeyd edib ki, od şəklində olan ada layihə çərçivəsində yaradılacaq ikinci süni ada olacaq. Onlardan birincisi, aypara şəklindədir və artıq iş gedir.

İş adamının sözlərinə görə, marşrut xəttinin dəyişdirilməsi Bakıda tıxac və yolların bağlanması problemini həll edəcək.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью