Formula 1: Test yürüşlərində gözlənilməz hadisə Avtobus trasda

28.02.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Formula-1 üzrə mövsümöncəsi test yürüşlərinda maraqlı hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, Bəhreyndə keçirilən yarışda trasa avtobus çıxıb.

Qırmızı bayraqların qaldırılması yürüşü qısa müddətə dayanması ilə nəticələnib. Beynəlxalq Avtomobil Federasiyası (FIA) hadisə ilə bağlı araşdırma aparacağını açıqlayıb.

Səhər sessiyası isə hakim qülləsində şüşənin sınması üzündən yarımçıq dayandırılıb. Fevralın 26-da start götürən təlimlər bu gün sonra çatıb.

Qeyd edək ki, dünya çempionatına martın 16-da Avstraliya Qran-prisi ilə start veriləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью