“Formula 1” ulduzu samuray oldu VİDEO

26.03.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Formula-1” pilotu Luis Hemilton “Billi öldürmək” filmi üzərindəki işi ilə tanınan samuray ustası Tetsuro Şimaquçinin rəhbərliyi altında katana ilə rəftar texnikasını mənimsəyir.

İdman.Biz xəbər verir ki, britaniyalı sürücü sosial şəbəkə hesabında məşq prosesi ilə bağlı təəssüratlarını bölüşüb.

“Yenidən dojodayam! (Döyüş sənətləri ilə məşğul olmaq üçün nəzərdə tutulmuş xüsusi məşq zalı - red.) Gənc olanda niyə baş əymək lazım olduğunu anlamırdım, lakin sonradan ənənələrə hörmət etməyi öyrəndikdə bu jestin gözəlliyini qiymətləndirməyə başladım. Təşəkkürlər, Sensey (döyüş sənətlərində müəllimə, ustaya və ya təlimçiyə verilən fəxri tituldur – red.)”.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью