Formula 1 üzrə Avstraliya Qran prisinin qalibi bəlli oldu KONKRET

16.03.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Formula-1 üzrə Avstraliya Qran-prisinin qalibi “Maklaren”in pilotu Lando Norris olub.

KONKRET.az xəbər verir ki, Melbrunda baş tutan yarışda ingiltərəli pilot 1 dəqiqə 27,126 saniyə fərqlə finişə hamıdan tez çatıb.

İkinci yeri “Red Bull”dan niderlandlı Maks Ferstappen, üçüncü yeri isə “Mersedes” komandasından Corc Rassel tutub.

6 pilot – Qabriel Bortoleto (“Sauber”), Liam Louson (“Red Bull”), Fernando Alonso (“Aston Martin”), İsak Hacar (“Racing Bulls”), Cek Duen (“Alpine”) və Karlos Sayns (“Uilyams”) isə yağışlı hava şəraitinə görə finişə çata bilməyib.

Qeyd edək ki, L.Norris ötən gün Qran-pridə sıralama turunu da birinci pillədə bitirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью