Formula 1 üzrə Azərbaycan Qran prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb

22.07.2025

Cbcsport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb.

Bu il könüllü olmaq üçün cəmi 48 saat ərzində 31 mindən çox müraciət daxil olub. Onlardan təxminən 16 min namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib.

Səkkiz həftə ərzində intensiv şəkildə həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndiriliblər. Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью