Formula 1 üzrə dördqat dünya çempionu ictimai işlərə məhkum edilib

09.12.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Formula 1" üzrə dördqat dünya çempionu Maks Ferstappen Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən ictimai işlərə məhkum edilib.

"Report" FIA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb onun sentyabrın 19-da pilotların yığıncağında nalayiq ifadələr işlətməsi olub.

"Red Bull"un 27 yaşlı niderlandlı pilotu cəzasını Ruandanın paytaxtı Kiqalidə çəkəcək. O, FIA-nın mükafatlandırma mərasimində iştirak edəcək və paralel olaraq gənc sürücülər üçün təlim məşğələləri keçəcək.

Qeyd edək ki, M.Ferstappen noyabrda Las-Veqas Qran-prisində qalib gələrək ardıcıl dördüncü çempionluğunu qazanıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью