Formula 1 üzrə dördqat dünya çempionu yeni şəxsi təyyarə alıb | Icma.az
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Formula 1" üzrə dördqat dünya çempionu, "Red Bull" komandasının pilotu Maks Ferstappen yeni şəxsi təyyarə alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb. Ferstappen "Dassault Falcon 8X" biznes-jeti alıb.
O, son beş ildə "Dassault Falcon 900EX" təyyarəsindən istifadə edirdi.
Ferstappen ilk şəxsi təyyarəsini 2020-ci ildə milyarder Riçard Bransondan təxminən 12 milyon avroya alıb.
Qeyd edək ki, niderlandlı pilotun yeni təyyarəsi 2022-ci il istehsalıdır. Ferstappenin buna görə 42 milyon dollar xərcə düşdüyü bildirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu