Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

13.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 oktyabr, AZƏRTAC

Formula 1 yarışları 30 ildən çox fasilədən sonra yenidən Afrikada keçiriləcək.

AZƏRTAC çempionatın rəsmi saytına istinadla xəbər verir ki, Ruanda ilə 10 illik müqavilə imzalanıb.

Razılaşmaya əsasən, Formula 1 Afrika Qran-Prisi 2030-cu illərin əvvəlində çempionatın təqviminə daxil ediləcək.

Bu, Formula 1-in 1993-cü ildən sonra Afrika qitəsinə qayıdışı olacaq. Yarış Ruandanın paytaxtı Kiqalidən təxminən 40 kilometr cənubda, Bugesera bölgəsində inşa ediləcək yeni trasda keçiriləcək. Trasın tikintisinin 2030-cu illərin əvvəlində başa çatdırılması gözlənilir.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) 1-ci dərəcəli standartlarına uyğun inşa olunacaq tras Kiqali Beynəlxalq Hava Limanının yaxınlığında yerləşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью