Formula 1də debüt edəcək yeni komandanın adı məlum oldu

26.11.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Formula 1” üzrə dünya çempionatının yeni mövsümündə debüt edəcək komandanın adı rəsmən bəlli olub.

"Unikal" Formula 1-in rəsmi saytına istinadən xəbər verir ki, “Cadillac F-1” 2026-cı ildə keçiriləcək yarışda 11-ci komanda kimi iştirak edəcək.

“Cadillac F-1”in həmin ildə trasa çıxması üçün ABŞ-ın “General Motors” şirkəti ilə prinsipial razılıq əldə etdiyi bildirilib.

Komandanın yeni mövsümdə “Ferrari”nin mühərriklərindən istifadə edəcəyi gözlənilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью