Formula 1də debüt edəcək yeni komandanın adı rəsmən açıqlanıb

05.12.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

“Formula 1” üzrə dünya çempionatının yeni mövsümündə debüt edəcək komandanın adı rəsmən bəlli olub.

News24.az Formula 1-in rəsmi saytına istinadən xəbər verir ki, “Cadillac F-1” 2026-cı ildə keçiriləcək yarışda 11-ci komanda kimi iştirak edəcək.

“Cadillac F-1”in həmin ildə trasa çıxması üçün ABŞ-ın “General Motors” şirkəti ilə prinsipial razılıq əldə etdiyi bildirilib.

Komandanın yeni mövsümdə “Ferrari”nin mühərriklərindən istifadə edəcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью