Formula 1də səkkiz ildən sonra braziliyalı pilot mübarizə aparacaq

06.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Formula 1" üzrə dünya çempionatında 8 ildən sonra braziliyalı pilot mübarizə aparacaq.

"Report"un məlumatına görə, "Zauber" komandası "Formula 3" çempionu Qabriel Bortoletonu heyətinə qatdığını açıqlayıb.

20 yaşlı sürücü 2025-ci ildə komandaya qoşulacaq. O, 2017-ci ildə karyerasını başa vuran Felipe Massadan sonra "Formula 1"də ilk braziliyalı olacaq.

Qeyd edək ki, "Zauber" cari ilin sonunda Valtteri Bottas və Çjou Quanyu ilə vidalaşacağını açıqlayıb. Hazırda "Haas"da çıxış edən Niko Hulkenberq yeni mövsümdə komandada yer alacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью