“Formula 1”ə daha bir komanda qoşulur

26.11.2024

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının rəhbərliyi “General Motors”la 2026-cı ildən turnir iştirakçıları sırasına yeni komandanın daxil edilməsi ilə bağlı prinsipial razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Formula 1”in mətbuat xidməti məlumat yayıb.
Komanda “Cadillac” adlanacaq və çempionatda 11-ci olacaq.
“Mən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) “Formula 1”in və “General Motors”un komandanın 2026-cı il Dünya Çempionatının start cədvəlinə yüksəldilməsi və daxil edilməsi ilə bağlı dialoq aparmaq üçün göstərdiyi səyləri dəstəkləyirəm. Bütün tərəflər, o cümlədən FİA prosesin irəliləməsini təmin etmək üçün birgə işləməyə davam edəcək”, - deyə FİA prezidenti Məhəmməd bin Sulayem bildirib.
Sonuncu dəfə “Formula 1” komandalarının sayı 2016-cı ildə dəyişib. Belə ki,  Amerikanın “Haas” komandası çempionatın 10-cu iştirakçısı olub.
Konstruktorlar çempionatında qələbələrin sayına görə lider İtaliyanın “Ferrari” komandasıdır (16 kubok).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью