“Formula 1”in keçmiş rəhbəri yarış avtomobilləri kolleksiyasını satışa çıxardı | Icma.az
Icma.az, Yeniavaz saytına istinadən bildirir. “Formula 1”in keçmiş rəhbəri Berni Ekklstoun 500 milyon funt-sterlinq (636 milyon dollar) dəyə
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Məumata görə, 94 yaşlı iş adamı bu qərarı Böyük Britaniyanın Vergi və Gömrük Gəlirləri İdarəsinin ona 2023-cü ildə krallığın xəzinəsinə 652 milyon funt sterlinq (829 milyon dollar) qoymağı tələb etməsindən sonra verib.
2023-cü ilin oktyabrında o, vergidən yayınmaqda günahını etiraf edib və artıq uzun müddətdir davam edən mübahisəyə son qoymaq üçün sözügedən idarəyə analoji rekord məbləği ödəməyə razı olub.
“Tom Hartley Jnr.” şirkətinin məlumatına görə, Ekklstoun kolleksiyasına daxil olan nadir avtomobilləri, o cümlədən “Formula 1” üzrə dünya çempionları Mayk Hotorn, Niki Lauda və Maykl Şumaxerin idarə etdiyi “Ferrari”ləri satmaq qərarına gəlib.
Ekklstounun sözlərinə görə, o, 50 ildən artıqdır ki, “Formula 1” yarış avtomobillərini toplayır.
“Bu illər ərzində əldə etdiyim bütün avtomobillərin heyrətamiz yarış tarixi var və nadir sənət əsərləridir”, - o əlavə edib.
Nəşrin məlumatına görə, britaniyalı iş adamının sərvəti 2,9 milyard dollara çatır.
Tam oxu
Xəbəri oxu