Formula 1in sabiq rəhbəri 636 milyon dollar dəyərində avtomobil kolleksiyasını satışa çıxarıb

02.12.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

"Formula 1"in sabiq rəhbəri Berni Ekklstoun 636 milyon dollar dəyərində, "Ferrari" və "Brabhamlar" da daxil olmaqla, 69 yarış avtomobilindən ibarət kolleksiyanı satışa çıxarıb.

"Report" "The Daily Telegraph" nəşrinə istinadən xəbər verir ki, 94 yaşlı iş adamı vergiyə küllü miqdarda borcu olduğu üçün bu qərara gəlib.

Onun avtomobil kolleksiyasında "Formula 1" üzrə dünya çempionları Mayk Hotorn, Niki Lauda və Mixael Şumaxerin idarə etdikləri "Ferrari"lər yer alıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью