Formula 1in sabiq rəhbəri 636 milyon dollar dəyərində avtomobil kolleksiyasını satışa çıxarıb Xəbər saytı Son xəbərlər və Hadisələr

02.12.2024

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Formula 1"in sabiq rəhbəri Berni Ekklstoun 636 milyon dollar dəyərində, "Ferrari" və "Brabhamlar" da daxil olmaqla, 69 yarış avtomobilindən ibarət kolleksiyanı satışa çıxarıb.

"Report" "The Daily Telegraph" nəşrinə istinadən xəbər verir ki, 94 yaşlı iş adamı vergiyə küllü miqdarda borcu olduğu üçün bu qərara gəlib.

Onun avtomobil kolleksiyasında "Formula 1" üzrə dünya çempionları Mayk Hotorn, Niki Lauda və Mixael Şumaxerin idarə etdikləri "Ferrari"lər yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью