“Formula 1”lə əlaqədar Azneft dən Dəniz Vağzalına qədər olan hissədə hərəkət məhdudlaşdırılır

22.09.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır.

Bu barədə 525.az-a Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

Milli Parkın Ağ Şəhər bulvarı, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəsi, həmçinin Bayıl bulvarına giriş-çıxış sərbəstdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью