“Formula 2” 2027 ci ildə Azərbaycan Qran prisində keçiriləcək

06.10.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-2” üzrə 2027-ci il mövsümünün təqvimini təsdiqləyib. Yeni təqvimdə Bakı şəhər trekində keçiriləcək mərhələ də yer alıb.

İdman.Biz xəbər verir ki, “Formula-2” üzrə Bakı yarışı 24-26 sentyabr 2027-ci ildə keçiriləcək Azərbaycan Qran-prisi çərçivəsində təşkil olunacaq. Azərbaycan mərhələsi sentyabr ayında baş tutacaq üç yarış həftəsonunun sonuncusu olacaq. Bakıya qədər “Formula-2” pilotları Monza və Madriddə mübarizə aparacaqlar.

Ümumilikdə, 2027-ci il mövsümünün təqviminə dörd qitədə keçiriləcək 14 mərhələ daxil edilib. Mövsüm mart ayında Bəhreynin Səhirdəki trekində başlayacaq, dekabrda isə Birləşmiş Ərəb Əmirliklərinin Yas adasında başa çatacaq.

Yeni mövsümdə İstanbul və Mexiko şəhərləri də “Formula-2” yarışlarına ev sahibliyi edəcək. Hər iki mərhələ oktyabr ayında keçiriləcək. 2026-cı ildə ilk dəfə “Formula-2” mərhələsini qəbul edən Monreal da təqvimdə saxlanılıb.

Qeyd edək ki, “Formula-2” mərhələləri “Formula-1” yarışlarının keçirildiyi həftəsonlarında təşkil olunur.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью