Formula 2 Azərbaycan Qran Prisinin qalibi: Bakı trasında rəqabət çox gərgin idi

21.09.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu qələbə mənim üçün çox önəmlidir. Yarış ərzində hər şey mükəmməl getməsə də, komanda ilə birlikdə düzgün strategiya seçdik və nəticədə qalib gəldim. SİA xəbər verir ki, bu sözləri Formula 2 üzrə Azərbaycan Qran-Prisində əsas yarışın qalibi Cek Krauford (“DAMS”) mətbuat konfransında deyib.

Amerikalı pilot Bakı trasında rəqabətin çox gərgin olduğunu bildirib: “Xüsusən də son dövrlərdə mövqeyimi qorumaq asan olmadı. Komandama göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bu nəticə onların əməyi sayəsində mümkün oldu. Azarkeşlərin yaratdığı atmosfer də inanılmaz idi. Qarşıdakı yarışlarda da bu tempimizi qoruyub daha yaxşı nəticələr göstərməyə çalışacağıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью