Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az-ın məlumatına görə, sprint yarışının sonunda xaos yaşanıb.
Bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb.
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 26-da başa çatacaq.
***
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.
Ölkə.az-ın məlumatına görə, mübarizəni birinci pillədə başa vuran pilot müəyyənləşib.
"Dams Lukas Oil" komandasından Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.
"Trident"dən Laurens Van Hoepen ikinci yeri tutub. "Rodin Motorsport"dan Aleks Dann üçüncü olub.
***
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Ölkə.az-ın məlumatına görə, mübarizəyə saat 08:15-də start verilib.
Bu gün ikinci dərəcəli pilotların birinci əsas yarışı da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
***
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.
Ölkə.az-ın məlumatına görə, ilk olaraq "Formula 2"də sprint yarışı keçiriləcək.
Daha sonra "Formula 1"də üçüncü sərbəst yürüş gerçəkləşəcək.
Ardınca iki dərəcəli pilotların ilk əsas yarışı, "Formula 1"də isə sıralama turu baş tutacaq.
Azərbaycan Qran-prisində ikinci günün proqramı
25 sentyabr
08:15. "Formula 2": Sprint yarışı
12:30. "Formula 1": Üçüncü sərbəst yürüş
14:15. "Formula 2": Birinci əsas yarış
16:00. "Formula 1": Sıralama turu
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.