Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Formula 2 Azərbaycan Qran-Prisinin sprint yarışında zəncirvari qəza olub.
Modern.az xəbər verir ki, yarışın son dövrəsində bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb.
Qeyd edək ki, sprint yarışının qalibi “Dams Lucas Oil”in isveçli pilotu Dino Beqanoviç olub.
***
8:41
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.
Modern.az xəbər verir ki, hadisə yarışın startında qeydə alınıb.
İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamara "Prema Racing"in sürücüsü Mari Boyanın bolidinə dəyib.
Nəticədə sarı bayraq qaldırılıb.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.