Icma.az bildirir, Bizim media portalına istinadən.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 sprint yarışı başa çatıb.
Bizim.Media xəbər verir ki, “Dams Lucas Oil”in isveçli pilotu Dino Beganoviç birinci, “Triden”in niderlandlı sürücüsü Laurens Van Hoepen ikinci, “Rodin” komandasından Aleks Dann isə üçüncü yeri tutub.
Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş başlayacaq. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.
Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.
Bizim.Media