Formula1 Qətər Qranprisində sprintin qalibi bəlli olub

30.11.2024

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula-1" Qətər Qran-prisində sprint yarışının qalibi olub.

Oxu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Piastrinin komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. Üçüncü yerdə isə digər britaniyalı, "Mercedes"dən Corc Rassel qərarlaşıb.

Qətər Qran-prisinin əsas yarışı dekabrın 1-də baş tutacaq.

Qeyd edək ki, artıq mövsümün qalibi bəllidir. Bu, ardıcıl dördüncü dəfə dünya çempionu olan "Red Bull" komandasının pilotu Maks Ferstappendir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью