Formula1 tarixində ilk dəfə iki qardaş eyni komandada çıxış edəcək

05.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Monakolu pilot Artur Lekler "Ferrari"nin tərkibində "Formula-1" mövsümünün son mərhələsi olan Əbu-Dabi Qran Prisinin ilk sərbəst yürüşündə iştirak edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat verib.

"Ferrari"nin test pilotu olan 24 yaşlı Lekler ispan Karlos Saynsı əvəz edəcək. Onun qardaşı, 27 yaşlı Şarl Lekler də komandada çıxış edir. "Ferrari" "Formula-1" tarixində ilk dəfə olaraq qardaşların eyni komanda üçün yarış sessiyasında mübarizə aparacağını bildirib.

Qeyd edək ki, Əbu-Dabi mərhələsi dekabrın 6-dan 8-dək baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью