Formula1də gözlənilməz İSTEFA İdman və Biz

13.11.2024

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Formula-1"in yarış direktoru Nils Vittix istefaya göndərilib.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federerasiyası (FIA) məlumat yayıb.

Açıqlamada Vittixə gələcək karyerasında uğurlar arzulanıb. Qarşıdakı Las-Veqas Qran-prisində bu vəzifəni Rui Markes tutacaq. O, əvvəllər "Formula-1"də marşal, stüard, yarış direktorunun müavini işləyib, bundan başqa müxtəlif çempionatlarda yarış direktoru kimi fəaliyyət göstərib.

Qeyd edək ki, güclü yağış altında keçirilən San-Paulu Qran-Prisində komandalar və mütəxəssislər Vittixin qərarlarından narazı qalmışdılar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью