Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "Formula-1"in keçmiş rəhbəri Berni Ekklstoun 500 milyon funt-sterlinq (636 milyon dollar) d
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
94 yaşlı iş adamı bu qərarı Böyük Britaniyanın Vergi və Gömrük Yığımları İdarəsi (HMRC) ona 652 milyon funt-sterlinq (829 milyon dollar) məbləğində vergi borcunu ödəməyi əmr etdikdən sonra verib.
2023-cü ilin oktyabrında o, vergidən yayınmada günahını etiraf edib .
Avtomobillərin satışında Ekklstouna köməklik göstərən "Tom Hartley Jnr" şirkətinin məlumatına görə, onların arasında "Formula-1" üzrə dünya çempionları Mayk Hotorn, Niki Lauda və Mixael Şumaxerin idarə etdiyi "Ferrari"lər var.
Ekklstounun sözlərinə görə, o, 50 ildən artıqdır ki, "Formula-1" yarış avtomobillərininin kolleksiyasını toplayır və həmişə yalnız ən yaxşılarını alıb.
"Bu illər ərzində əldə etdiyim bütün avtomobillərin heyrətamiz yarış tarixi var və nadir sənət əsərləridir", - o bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.