“Formula”ya görə dərslərin başlama tarixi dəyişir? Rəsmi

01.09.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də başlayacaq.

Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula-1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

"Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur", - məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью