Forsaj filmindən büdcə ixtisarı tələb edildi

06.10.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

"Universal Pictures" şirkəti "Forsaj 11" filminin büdcəsini 200 milyon dollara qədər azaltmağı tələb edir.

Kulis.az xəbər verir ki, "Forsaj-10" son on ilin ən çox gəlir gətirən filmi olub. Ekran işi 705 milyon dollar qazandırıb. Eyni zamanda bu, 340 milyon dollarlıq büdcəsi ilə franşizanın ən bahalı filmi hesab olunur.

Hazırda "Forsaj 11"in büdcəsi 250 milyon dollar olaraq qiymətləndirilir.

Lakin kinostudiya yeni filmin çəkilişlərinin əvvəlkindən daha ucuz başa gəlməsini istəyir.

Qeyd edək ki, filmin 2027-ci ildə ekranlara çıxması gözlənilir.

Uşaqları yəhudi olsa da, yəhudiləri sevməyən şair – Onu teatrdan niyə qovmuşdular? "Adile" filmi bu tarixdə yayımlanacaq “Arazın o tayında” sənədli filmi İğdırda nümayiş etdirilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью