Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aktyor Vin Dizel “Forsaj” franşizasının final filmi olan “Forsaj: Əbədi”nin çəkilişlərinə dekabr ayında başlanacağını açıqlayıb.
Axşam.az xəbər verir ki, filmin xarici kinoteatrlarda 17 mart 2028-ci ildə nümayişi planlaşdırılır.
Vin Dizel bildirib ki, ekran işinin ssenarisi üzərində dörd il ərzində çalışılıb və layihə dörd ssenarist qrupundan keçib. Aktyor final variantını oxuyarkən ağladığını etiraf edib.
Filmin yekun ssenarisini “Aclıq oyunları” ilə tanınan Maykl Lesli yazıb.