Fortuna Mahir Emreli ilə maraqlanır

04.06.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Almaniya II Bundesliqasında çıxış edən Düsseldorf "Fortuna"sı Azərbaycan millisinin hücumçusu Mahir Emrelini "rənglərinə bağlamaı" düşünür. Sport24.az  "Bild"ə istinadən xəbər verir ki, "Fortuna" bir müddət əvvəl 5,5 milyon avroya "Köln"ə satdığı islanidiyalı İsak Yohannessonun yerini doldurmaq üçün bir neçə namizədi nəzərdən keçirir.

Namizədlər arasında "Nürnberq"lə yollarını ayıran Emreli, həmçinin İsveçrə təmsilçisi "Yanq Boys"dan Sedrik İtten də var.

"Fortuna"nın idman direktoru Klaus Allofs açıqlamasında Yohannessonun satışından əldə olunan vəsaitin hamısının yeni transferlərə sərf olunmayacağını bildirib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью