“Forum Azərbaycanın beynəlxalq informasiya məkanında təşəbbüskar mövqeyini daha da güclənd…
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Dövlət başçımız III Şuşa Qlobal Media Forumundakı çıxışında Rusiya ilə Avropa İttifaqı arasında yaranan qaz böhranına toxunaraq Azərbaycanın enerji siyasətinin siyasi alətə çevrilmədiyini, tamamilə kommersiya prinsipləri üzərində qurulduğunu vurğuladı.
Onun sözlərinə görə, Azərbaycan heç vaxt Rusiya ilə rəqabətə can atmadı və qaz tədarükünü siyasi təzyiq vasitəsinə çevirmədi.
Azərbaycan-Rusiya münasibətləri haqqında geniş danışan ölkə başçısı AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də rəsmi cavab verilməməsini, ölkəmizin də təzminat məsələsinin açıq qalmasını və səbəbkarların cəzalandırılmamasını ədalətsiz hesab etdiyini ifadə etdi.
Cənab Prezident açıq şəkildə bəyan etdi ki, Rusiyanın bu cür mövqeyi və Rusiya Təhqiqat Komissiyasının səssizliyi məsuliyyətsiz davranışdır və bizim bunu unutmaq fikrimiz yoxdur.
Bu konteksdə ölkə başçısı Beynəlxalq Məhkəməyə müraciət olunacağını da deməklə faktiki olaraq Rusiya tərəfinə mesaj ünvanlamış oldu”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloq vurğulayıb ki, Prezidentin Forumdakı çıxışında vacib məqamlardan biri də Ukraynada davam edən müharibəyə münasibət oldu: “Ukraynalı jurnalistin “Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz?” sualına cavabında dövlət başçısı bildirdi ki, ən əsas tövsiyə heç vaxt işğalla barışmamaqdan ibarətdir.
Tam oxu
Xəbəri oxu