Forum iştirakçıları İlham Əliyevə müraciət etdi | Icma.az
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci il oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciət qəbul edib.
Gununsesi.info xəbər verir ki, müraciətdə deyilir: “Biz – azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçilməsinin bəxtiyarlığı içərisindəyik.
Forumda yüzlərlə QHT təmsilçisi vahid platformada olduqca aktual mövzularda faydalı müzakirələr apardı, təcrübə, bilik mübadiləsi etdi, qənaətlərini bölüşdü.
Sizin QHT sektoruna diqqətinizdən irəli gələrək, genişlənən imkanların, yaradılan şəraitin nəticəsidir ki, artıq Azərbaycan QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib, regionda böyük nüfuz qazanıb.
Dünya əhalisinin 80%-nin yaşadığı Qlobal Cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis edilmiş Qlobal Cənub QHT Platforması daimi mənzil qərargahı kimi Bakını müəyyən edib.
Bu, qlobal müsəvidə Azərbaycan QHT-lərinə münasibətdə formalaşan yeni baxışın real nümunəsidir.
Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi Sizin yürütdüyünüz siyasətin təntənəsi, tarixi bəhrəsidir.
Tam oxu
Xəbəri oxu