Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bugünkü media mühitində istənilən şəxs - istər sosial şəbəkə istifadəçisi, istərsə də bloger özünü tənqidçi və hətta araşdırmaçı jurnalist kimi təqdim edə bilir.
Bu, medianın demokratikləşməsi baxımından müsbət görünsə də, eyni zamanda bizim - peşəkar jurnalistlərin məsuliyyətini daha da artırır.
“Cebheinfo.az” xəbər verir ki, bu sözləri “AnewZ” telekanalının müxbiri Oubai Şahbandar III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzusunda paneldə deyib.
O qeyd edib ki, peşəkar jurnalistlərin vəzifəsi hekayələr yaratmaq deyil, həqiqəti üzə çıxarmaq və obyektiv informasiyanı cəmiyyətə çatdırmaqdır.
İnformasiya müharibəsinin reallığı ilə üz-üzə qaldığımız bu dövrdə xəbərlərin sürətlə yayıldığını və ictimai rəyə təsir etdiyini açıq şəkildə görürük.
“Artıq cəmiyyət də bu prosesin bir hissəsinə çevrilib. Hər birimiz öyrənirik ki, məlumat haradan gəlir, kim tərəfindən yayılır və bu yayımın
Məhz bu sualları düşünmək və cavablandırmaq informasiya təhlükəsizliyinin əsas şərtidir.