Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Şuşada keçirilən Qlobal Media Forumda Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını və beynəlxalq mövqeyini əks etdirən əsas məsələlərə toxundu.
Forumda çıxışı zamanı Prezident Azərbaycanın yaşıl enerji sahəsindəki strateji hədəflərini, COP29 çərçivəsində həyata keçirilən təşəbbüsləri və bu sahədə beynəlxalq tərəfdaşlıqları qeyd etdi.
Neft və qaz resurslarından tam imtina edilməsə də, ölkənin təmiz enerji keçidinə verdiyi önəm vurğulandı.
Azərbaycanın regionda tranzit rolu da ön plana çəkildi. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın passiv mövqeyinin onu həm iqtisa
Naxçıvana maneəsiz gediş Azərbaycanın əsas tələbidir və bu tələb regional nəqliyyat dəhlizlərinin inkişafında mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Onun sözlərinə görə, Prezident çıxışında Azərbaycanın neokolonializmə qarşı prinsipial mövqeyindən də bəhs edərək Yeni Kaledoniyanın müstəqilliyinin tanınması istiqamətində irəliləyişin vacibliyini vurğuladı: “COP29 çərçivəsində qlobal istiləşmədən əziyyət çəkən kiçik ada dövlətlərinə dəstək üçün yaradılmış fond da Azərbaycanın beynəlxalq ədalətə töhfəsinin nümunəsidir”.