Forumun Xankəndidə keçirilməsi xüsusi məna daşıyır KONKRET

15.10.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır.

KONKRET.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, uzun illər işğal altında qalmış Xankəndi bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. “Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью