Icma.az bildirir, Footbal-plus portalına istinadən.
PFL dünən ölkə çempionatında 21-ci turun təqvimini açıqladı. Beləcə aydın oldu ki, əzəli rəqiblər - “Neftçi” ilə “Qarabağ” fevralın 21-i, saat 19.00-da “Palms Sports Arena”da qarşılaşacaq. “Qarabağ” isə həm fevralın 18-də, həm də 24-də “Nyukasl” ilə oynamalıdı. Deməli, ağdamlılar seytnot vəziyyətinə düşəcək.
İndidən bu oyunun təxirə salınması ilə bağlı müzakirələr gedir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bu ehtimalı təsdiqləyib. Bakılıların azarkeş qrupu “Forza Neftçi” isə bu barədə bəyanat yayıb, qarşılaşmanın keçirilməsini tələb edib:
“21 fevral 2026. Bu tarix hələ ki, sizə heç nə demirsə, diqqətinizi bir məsələyə yönəldim. Həmin tarixdə “Neftçi”miz “Qarabağ”la oynamalıdı. Amma gəl gör ki, “Qarabağ” indidən özünə əl qatıb ki, “bizim oyun təxirə salınsın”. Səbəb nədi axı? Çıx oyununu oyna da. Danışanda da elə göylə gedirsiz ki, dediyinizə görə sizin ikinci heyət belə bu liqada "tək ayaq" oynayar. Amma iş nəticəyə gələndə meydandan qaçırsız. Siz cibinizi, qlorlarınızı düşünürsüz. “Neftçi”rəhbərliyi də bilməlidi ki, birmənalı şəkildə bu matç oynanılmalıdı. Hörmətli “Neftçi” rəhbərliyi, hər şeydən üstün tutduğunuzu dediyiniz fanatlar bu oyunu gözləyir. Heç kimə ayrıcalıq göstərilməməlidi. “Qarabağ” adı və s. söhbətlər isə uşaqcadı, o adı qoruyan, yaşadan qardaşlar var. Fərqi yoxdu, torpağın altında və ya üstündə. Onlar bizim qürurumuzdu. Sizinki ad arxasında gizlənib cibinizi doldurmaq və özünüzü reklam etməkdi. Qorxunun əcələ faydası yoxdu, çıxın oyununuzu oynayın. Udarıq, uduzarıq - bu bizim problemimizdi. Bizim kəndimiz görünəndi, görünən kəndə isə bələdçi lazım deyil. Uzun sözün qısası, “Forza Neftçi” olaraq bu oyunun təxirə salınmasına şiddətlə qarşıyıq. Futbol fanat üçündü. Bu "xüsusi qayğı" idman prinsiplərinə ziddi. 21 fevral meydanda oyun olsun, qalanını biz həll edərik!”